12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ankarada NATO sammiti başlayır: Liderlər təhlükəsizlik məsələlərini müzakirə edəcək

Ankarada NATO sammiti başlayır: Liderlər təhlükəsizlik məsələlərini müzakirə edəcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

Türkiyənin paytaxtı Ankarada 7-8 iyul tarixlərində NATO-nun növbəti sammiti keçirilir. Son 22 ildə Türkiyənin ev sahibliyi etdiyi ilk NATO sammiti olan tədbirdə Alyansın 32 üzv dövlətinin liderləri, eləcə də tərəfdaş ölkələrin nümayəndələri iştirak edirlər.

Qlobal təhlükəsizlik mühitində artan gərginlik fonunda keçirilən sammitdə kollektiv müdafiənin gücləndirilməsi, hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesinin inkişafı və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzularıdır.

Bu il ilk dəfə olaraq NATO sammitinin rəsmi proqramına Müdafiə Sənayesi Forumu da daxil edilib.

Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə regional təhlükəsizlik, NATO çərçivəsində əməkdaşlıq və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sammitdə NATO üzvləri ilə yanaşı, Hind-Sakit okean regionundan tərəfdaş ölkələrin yüksək səviyyəli nümayəndələri də iştirak edirlər.

Tədbirlə əlaqədar Ankarada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Şəhərdə ictimai asayişin qorunmasına 48 mindən çox polis əməkdaşı və minlərlə jandarma cəlb olunub.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →