30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda Şəmsi Bədəlbəyli küçəsində yanan avtobusu söndürən FHN yanğınsöndürənləri

Bakıda sərnişin avtobusu yanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir
Некогда читать?Статью можно послушать — озвучка JNews.az

Bakının Şəmsi Bədəlbəyli küçəsində sərnişin avtobusunda yanğın baş verib. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb və ətraf əraziyə yayılmasına imkan verilməyib. Hadisə nəticəsində avtobusun yanar konstruksiyaları yanıb, yaxınlıqda dayanmış avtomobillər isə yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakıda sərnişin avtobusu yanıbjnews.az səsləndirməsi