Rusiya qüvvələri iyulun 9-da Ukraynanın müxtəlif bölgələrinə kütləvi hava zərbələri endirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində ölkəyə 94 uzaqmənzilli zərbə dronu və 2 ballistik raket göndərilib. Hava hücumundan müdafiə qüvvələri 72 dronu zərərsizləşdirib. Bununla belə, 19 dron və hər iki raketin Ukraynanın 13 yaşayış məntəqəsində müxtəlif obyektlərə zərər vurduğu bildirilib.
Zərbələrdən biri Odessa şəhərinə və regionuna yönəlib. İlkin məlumata görə, şəhərdə elektrik və su təchizatında fasilələr yaranıb, 6 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl də Rusiya qüvvələri Odessa limanı və şəhərin infrastrukturuna zərbələr endirib. İyulun 8-də Odessa limanına edilən hücum nəticəsində 4 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdı.
