Ötən gecə Rusiya ordusunun həyata keçirdiyi zərbələr nəticəsində Kiyevin iki rayonunda dağıntılar və yanğınlar qeydə alınıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Darnitski rayonunda inzibati-anbar binasına, yaxınlıqda park edilmiş yük avtomobillərinə və anbar obyektlərinə zərbələr endirilib. Nəticədə bir neçə yanğın baş verib.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata əsasən, iki nəfər həyatını itirib. Bundan başqa, bir uşaq da daxil olmaqla daha iki nəfər yaralanıb.
Svyatoşinski rayonunda isə raketin düşməsi nəticəsində bir mərtəbəli anbar binasında yanğın başlayıb. Hadisə zamanı üç nəfər xəsarət alıb. Fövqəladə Hallar Xidməti yanğının hazırda lokallaşdırıldığını bildirib.



