Bakı, 13 iyul – Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək.
Bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın sonunda məlumat verib. Onun sözlərinə görə, iyulun 14-də keçiriləcək iclasın gündəliyi daha sonra açıqlanacaq.
Qanunvericiliyə əsasən, Milli Məclis hər il iki dəfə tətilə çıxır. Qış tətili yanvarın 1-dən 15-dək, yay tətili isə iyulun 15-dən avqustun 30-dək davam edir. Bu səbəbdən iyulun 14-də keçiriləcək plenar iclas növbədənkənar sessiyanın sonuncusu olacaq.
Sessiyanın başa çatmasından sonra deputatlar yay tətilinə yollanacaqlar.