Bakı, 13 İyul – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026–2027-ci tədris ilinə aid məktəbəhazırlıq qruplarına qəbul prosesininin növbəti həftə ərzində aktivləşdiriləcəyini açıqlayıb. Agentlik bu barədə rəsmi məlumat yayıb.
Agentliyin məlumatına görə, qeydiyyatın dəqiq başlama tarixi və digər təfərrüatlar yaxın günlər ərzində ictimaiyyətə elan ediləcək.
Valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.