Azərbaycan Prezidenti İlham Əliyev ölkənin diplomatik korpusunda kadr dəyişiklikləri edib. Dövlət başçısı Pakistan İslam Respublikasındakı səfirin dəyişdirilməsi barədə sərəncamlar imzalayıb.
Sənədlərdən birinə əsasən, Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər prezident sərəncamı ilə İrfan Şakir oğlu Davudov bu vəzifəyə təyin olunub. Bundan sonra o, Pakistan İslam Respublikasında yeni fövqəladə və səlahiyyətli səfir kimi Azərbaycanın mənafelərini təmsil edəcək.
Mənbə: Jnews.az