16 Elul 5786 29 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
ABŞ və İrandan qarşılıqlı zərbələr: Yaxın Şərqdə müharibə alovlanır

ABŞ və İrandan qarşılıqlı zərbələr: Yaxın Şərqdə müharibə alovlanır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Yaxın Şərq, 13 İyul – Bu gecə və səhər saatlarında ABŞ və İran arasında hərbi qarşıdurma yeni, daha genişmiqyaslı mərhələyə keçib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında beynəlxalq gəmiçilik təhlükəsizliyini əsas gətirərək, İran ərazisindəki strateji hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

İranın 13 şəhərində (Abadan, Əhvaz, Bəndər-Abbas, Buşehr və s.) yerləşən hava hücumundan müdafiə sistemlərini, raket qurğularını, PUA bazaları və hərbi dəniz qüvvələrinə aid vasitələri hədəf alıb. Əməliyyatda döyüş təyyarələri, hərbi gəmilər və xüsusi zərbə dronlarından istifadə edilib.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH)  isə ABŞ-ın İordaniya, Bəhreyn və Küveytdəki hərbi bazalarına raket və PUA zərbələri endirdiyini açıqlayıb. Bölgədəki ABŞ bazalarında həyəcan siqnalları elan edilib.

İran rəsmi mənbələri hücumlar nəticəsində 1 nəfərin həlak olduğunu, 4 nəfərin isə yaralandığını qeyd edib.

Qlobal reaksiyalar və diplomatik vəziyyət

Tərəflər arasında iyun ayında əldə edilmiş qarşılıqlı anlaşma memorandumu (MoU) faktiki olaraq qüvvədən düşmüş hesab edilir. ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edib.

Ekspertlər bildirir ki, hər iki tərəf bir-birini çəkindirməyə çalışsa da, hərbi qarşıdurmanın “müharibə və sülh arasında” qeyri-müəyyən bir statusda davam etməsi qlobal neft və ərzaq təchizatı zəncirinə ciddi təhdid yaradır.

Hazırda regionda vəziyyət son dərəcə gərgin olaraq qalır və tərəflər arasında qarşılıqlı hücumların davam edəcəyi gözlənilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →