Azərbaycanda 2026–2027-ci illər istilik mövsümünə hazırlıq çərçivəsində istilik şəbəkələrinə sınaq suyunun verilməsinə başlanılıb.
Müvafiq qurum vətəndaşlara xatırladıb ki, istilik sistemlərində aparılan təmir və quraşdırma işləri zamanı müəyyən edilmiş texniki norma və təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.
İstehlakçılardan mümkün qəza hallarının qarşısını almaq məqsədilə mənzillərdə aparılan təmir işlərini qısa müddətdə başa çatdırmaları, diqqətli olmaları və aidiyyəti qurumun rəsmi tövsiyələrinə riayət etmələri xahiş olunub.
Mənbə: jnews.az