16 Elul 5786 29 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Neft zavodunda yanğın, tankerlərə zərbə: Kiyevdən yeni əməliyyat açıqlaması

Neft zavodunda yanğın, tankerlərə zərbə: Kiyevdən yeni əməliyyat açıqlaması

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Kiyev, 12 İyul – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi və enerji infrastrukturuna qarşı bir sıra zərbələr endirildiyini bəyan edib.

Ukrayna tərəfinin məlumatına görə, iyulun 12-nə keçən gecə Samara vilayətində yerləşən Sızran Neft Emalı Zavodu vurulub. Bildirilir ki, hücumdan sonra müəssisədə partlayışlar və yanğın baş verib.

Baş Qərargahın açıqlamasında həmçinin qeyd olunur ki, Azov dənizində neft, neft məhsulları və hərbi logistikanın təminatı üçün istifadə edildiyi iddia olunan 10 Rusiya tankeri və 4 bərə zərbələrə məruz qalıb.

Bundan əlavə, Ukrayna hərbi komandanlığı iyulun 11-də Zaporojye vilayətinin Tokmak rayonu yaxınlığında yanacaq-sürtgü materialları daşıyan dəmir yolu eşelonunun vurulduğunu bildirib.

Ukrayna tərəfi əvvəlki hücumların nəticələrinin qiymətləndirilməsi əsasında Rusiyanın Leninqrad vilayətində yerləşən “NOVATEK-Ust-Luqa” kompleksində neft emalı qurğusunun zədələndiyini də təsdiqlədiyini açıqlayıb.

Rusiya tərəfi isə bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →