Livan, 11 İyul – İsrail ordusu Livanın cənubundakı sərhədyanı zonada tankəleyhinə raketlər daşıyan bir qrup “Hizbullah” yaraqlısını təsbit edib.
Yaraqlılar sərhədyanı zonaya avtomobillə daxil olaraq, oradan İsrail ordusunun qüvvələrinə və mülki vətəndaşlarına hücum etmək üçün nəzərdə tutulmuş tankəleyhinə raketləri boşaldıblar. Həmin raketlər daşınaraq bu zonada yerləşən binanın içinə yerləşdirilib.
Digər terrorçular binaya əlavə silahlar daşıyıb içəri daxil olduqdan sonra, İsrail ordusu təhlükəni ardan qaldırmaq məqsədilə terrorçulara qarşı hava zərbəsi endirib. Zərbə nəticəsində binada silahların olduğunu təsdiqləyən təkrar partlayışlar qeydə alınıb.