İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zell bu gün “YAŞA Azərbaycan” İctimai Birliyi tərəfindən Azərbaycanın müharibə veteranları üçün təşkil olunan “Yenilməzlər” mini-futbol turniri çərçivəsində keçirilən ikinci oyunu izləyib.
Səfir müavini veteranları idman vasitəsilə bir araya gətirən, komanda ruhunu və həmrəyliyi gücləndirən, onların cəmiyyət həyatında fəal iştirakını təşviq edən bu təşəbbüsə İsrail səfirliyinin dəstəyini ifadə edib.
İsrailin Azərbaycandakı səfirliyi həmçinin “YAŞA Azərbaycan”a və layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, turnirdə iştirak edən bütün komandalara uğurlar arzulayıb.
“Yenilməzlər” mini-futbol turniri müharibə veteranlarının sosial inteqrasiyasına, sağlam həyat tərzinin təşviqinə və cəmiyyətlə daha sıx əlaqələrinin gücləndirilməsinə xidmət edən mühüm layihələrdən biri kimi qiymətləndirilir.
