12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
SON DƏQİQƏ: İsraildən Rusiyaya uçuşlar sentyabradək dayandırdı

İsraildən Rusiyaya uçuşlar sentyabra qədər dayandırılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

İsrailin milli aviadaşıyıcısı “El Al” Moskva istiqamətində reyslərin dayandırılması müddətini sentyabrın əvvəlinədək uzadıb.

Şirkətin iyulun 10-da yaydığı məlumata görə, bu barədə bütün bilet satış agentlərinə rəsmi bildiriş göndərilib. Qərarın səbəbi kimi Rusiya hava məkanında davam edən qeyri-sabit təhlükəsizlik vəziyyəti göstərilib.

“El Al” sentyabrın 1-dən sonra Moskva reyslərinin nə vaxt bərpa olunacağı ilə bağlı hələlik hər hansı tarix açıqlamayıb. Aviaşirkət bildirib ki, vəziyyət mütəmadi qiymətləndiriləcək və gələcək qərarlar təhlükəsizlik şəraitinə uyğun qəbul ediləcək.

Bununla yanaşı, Rusiya mətbuatı ölkənin aviaşirkətlərinin İsrail istiqamətində uçuş proqramını genişləndirdiyini yazır. Məlumata görə, “Red Wings” aviaşirkəti oktyabrın 27-dən etibarən Soçidən Təl-Əvivə birbaşa reyslər açacaq. Şirkət hazırda Moskva-Təl-Əviv marşrutu üzrə də uçuşlar həyata keçirir.

Xatırladaq ki, “El Al” iyunun 25-də Moskva reyslərini dayandırarkən bunu Rusiya-Ukrayna müharibəsi fonunda baş verən son hadisələr və regionda aviasiya təhlükəsizliyi ilə bağlı risklərin artması ilə izah etmişdi.

İsrail mediası isə aviaşirkətin bu qərarını Ukraynanın pilotsuz uçuş aparatlarının, xüsusilə də Moskva istiqamətində həyata keçirdiyi hücumların intensivləşməsi ilə əlaqələndirir.

Qeyd edək ki, “El Al” 2024-cü ilin dekabrında da Rusiyaya uçuşları dörd ay müddətinə dayandırmışdı. Həmin qərar Rusiyanın hava hücumundan müdafiə sistemlərinin səhvən AZAL-a məxsus sərnişin təyyarəsini vurmasından sonra qəbul edilmişdi.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →