23 Av 5786 6 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Ceyhun Bayramov Ukraynaya səfərə başlayıb

Ceyhun Bayramovun Ukraynaya səfəri başlayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Ukraynaya gedib.

Ceyhun Bayramovu Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha qarşılayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Səfər çərçivəsində Ceyhun Bayramovun ukraynalı həmkarı Andriy Sıbiha ilə görüşü, həmçinin Ukraynanın digər yüksəkvəzifəli rəsmiləri ilə bir sıra ikitərəfli danışıqlar aparması nəzərdə tutulur.

Görüşlərdə Azərbaycan-Ukrayna əməkdaşlığının gündəliyində yer alan məsələlərin, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzuların müzakirə ediləcəyi gözlənilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Ceyhun Bayramovun Ukraynaya səfəri başlayıbjnews.az səsləndirməsi