22 Tammuz 5786 7 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
ADY Bakı–Tbilisi qatarlarında yerlərin sayını artırır

ADY Bakı–Tbilisi qatarlarında yerlərin sayını artırır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Dəmir Yolları (ADY) iyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 yataq tipli vaqon qoşacaq.

ADY-nin məlumatına görə, bununla da hər reys üzrə 104 əlavə sərnişin yeri yaradılacaq. Nəticədə bir reys üzrə ümumi sərnişin tutumu hazırkı 178 yerdən 282 yerə çatdırılacaq ki, bu da təxminən 60 faiz artım deməkdir.

Bildirilib ki, əlavə vaqonlara biletlərin satışı artıq başlayıb. Yeni vaqonlarda gediş haqqı hazırda istifadə olunan “Stadler” vaqonları ilə müqayisədə daha münasib olacaq.

Məlumata əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə standart+ sinifdə gediş haqqı məsafədən asılı olaraq 40,30 manatdan başlayır.

Bir istiqamət üzrə minimum bilet qiymətləri isə belədir:

  • Bakı – Tbilisi: 65,20 manat
  • Yevlax – Tbilisi: 53,30 manat
  • Gəncə – Tbilisi: 49,30 manat
  • Ağstafa – Tbilisi: 45,30 manat
  • Böyük Kəsik – Tbilisi vağzalı: 43,40 manat
  • Böyük Kəsik – Qardabani stansiyası: 40,30 manat.

ADY qeyd edir ki, əlavə vaqonların istismara verilməsi beynəlxalq marşrut üzrə artan sərnişin tələbatının qarşılanmasına və daha çox sərnişinin rahat səfər etməsinə imkan yaradacaq.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ADY Bakı–Tbilisi qatarlarında yerlərin sayını artırırjnews.az səsləndirməsi