8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Kubada elektrik şəbəkəsi çökdü: 10 milyon nəfər işıqsız qalıb

Kubada elektrik şəbəkəsi çökdü: 10 milyon insan işıqsız qalıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Kubanın milli elektrik şəbəkəsində baş verən qəza nəticəsində ölkə üzrə genişmiqyaslı elektrik kəsintisi yaşanıb. Hadisə səbəbindən adanın təxminən 10 milyon sakini elektrik enerjisiz qalıb.

“Reuters” agentliyinin məlumatına görə, ölkənin enerji sisteminin operatoru olan UNE bildirib ki, ümummilli kəsintinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. 

Rəsmi məlumatlara görə, qəza baş verməzdən əvvəl də Kubanın ərazisinin təxminən üçdə ikisində elektrik təchizatında fasilələr müşahidə olunurdu.

Kuba son aylarda köhnəlmiş enerji infrastrukturu və yanacaq çatışmazlığı səbəbindən davamlı elektrik kəsintiləri ilə üzləşir. Davam edən iqtisadi çətinliklər fonunda baş verən son qəza ölkədəki vəziyyəti daha da ağırlaşdırıb və əhalinin gündəlik həyatına ciddi təsir göstərib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →