Banqladeşdə tələbələrin yaratdığı “National Citizen Party” (NCP)-nin təşkil etdiyi mitinq zamanı partlayış baş verib.
Hadisə paytaxt Dəkkə yaxınlığındakı Savar rayonunda, yerli vaxtla saat 21:45 radələrində qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində azı 3 nəfər xəsarət alıb.
NCP rəhbərliyi hadisənin mitinqə qarşı təşkil edilmiş bombalı hücum olduğunu bildirib. Partlayış çıxış zamanı baş verib və bundan sonra iştirakçılar hücuma etiraz olaraq yürüş keçiriblər.
Hadisənin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb. Hüquq-mühafizə orqanları ərazidə araşdırmalara başlayıb.