Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın qərbi Sibirdə yerləşən Omsk vilayətinə zərbə endirdiyi bildirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, dronlar şəhərin şimal sənaye zonasına qədər çatıb və hadisə yerində fövqəladə xidmətlər fəaliyyət göstərib.
Məlumata əsasən, zərbə Ukrayna sərhədindən təxminən 2 700 kilometr məsafədə yerləşən, Rusiyanın ən böyük neft emalı müəssisəsi hesab olunan Omsk Neft Emalı Zavodunun yerləşdiyi əraziyə yönəlib. Hədəfin dəqiq vurulub-vurulmadığı və dəyən ziyanın miqyası barədə dəqiq məlumat yoxdur.