8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş sistemi aktivləşib

MİQ imtahanı üçün ödəniş mərhələsi başladı: Son tarix 9 iyul

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhsil
📅

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində ödəniş sistemi bu gün saat 15:00-dan etibarən işə salınıb. Namizədlər ödənişlərini 9 iyul saat 15:00-a qədər həyata keçirə biləcəklər.

Ödəniş niyə tətbiq olunur?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən başlayaraq ödənişli əsaslarla keçirilir. Bu, MİQ imtahanının tarixində ilk belə tətbiqdir.

Kimler ödənişdən azaddır?

Qanunvericiliyə uyğun olaraq, bir sıra namizəd kateqoriyaları ödənişdən muaf tutulur. Bunlara müsabiqədə ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri, müharibə veteranı statusu almış şəxslər, əlilliyi olan namizədlər, həmçinin ünvanlı dövlət sosial yardımından yararlanan ailələrin üzvləri daxildir.

Ödəniş qaydaları harada açıqlanacaq?

Agentlik bildirib ki, ödəniş proseduru ilə bağlı ətraflı məlumat və təlimatlar namizədlərin şəxsi kabineti vasitəsilə onların istifadəsinə veriləcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →