Yəmənin qərb sahilləri yaxınlığında, Qırmızı dənizdə Hindistana məxsus yük gəmisi partlayıcılarla yüklənmiş qayığın hücumuna məruz qaldıqdan sonra batıb.
Səlahiyyətli qurumların məlumatına görə, gəmidə olan 14 ekipaj üzvünün hamısı sağ-salamat xilas edilib. Xilas edilənlər arasında 13 Hindistan vətəndaşı və 1 Yəmən vətəndaşı var.
Bildirilib ki, ekipaj üzvləri Yəmən Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xəsarət almadan təhlükəsiz əraziyə təxliyə olunublar.
Hadisə ilə bağlı araşdırma aparılır.