Livan və Suriyanın hərbi nümayəndələri ilk dəfə “Strateji tərəfdaşlıq üzrə regional dialoq” forumunda iştirak ediblər. Bu forum ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən regiondakı Vaşinqtonun müttəfiqləri ilə birlikdə keçirilən illik görüşdür.
Tədbir Bəhreynin paytaxtı Manamada baş tutub. Görüşdə Livan və Suriya ilə yanaşı, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Bəhreyn, Küveyt, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin nümayəndə heyətləri də iştirak ediblər.
Görüş ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsi üzrə danışıqların aparıldığı bir dövrdə keçirilib. Bu proses həm regional təhlükəsizlik, həm də iqtisadiyyat baxımından böyük əhəmiyyət daşıyır.
Liderlər Hürmüz boğazı vasitəsilə azad ticarətə sadiqliklərini vurğulayıblar.
Bu barədə CENTCOM-un forumun yekunlarına dair yaydığı rəsmi açıqlamada bildirilib.