Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzinə səfər ediblər.
Prezidentin qızları sözügedən xəstəxanada müalicə alan şəxslərə baş çəkiblər.
Qeyd edək ki, bu barədə məlumatı Arzu Əliyeva “İnstagram” hesabında paylaşıb.









