ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində İrana hərbi zərbənin ləğv edilməsi qərarı barədə məlumat verib. Onun sözlərinə görə, ABŞ misli görünməmiş gücə malik hücuma tam hazır idi, lakin potensial razılaşmanın əldə olunması naminə əməliyyat dayandırılıb.
Tramp qeyd edib ki, zərbənin ləğv olunmasını İranın və Yaxın Şərqin digər ölkələrinin nümayəndələri xahiş ediblər. Bu xahişə yeni sazişin parametrlərinin razılaşdırılması əsas olub.
Tramp: Bura Hörmüz boğazının dərhal, tam və mütləq şəkildə açılması, eləcə də İran tərəfindən gələn nüvə təhdidinin aradan qaldırılması daxil olacaq.
Tramp vurğulayıb ki, yekun razılaşmaların tezliklə əldə olunması şərtilə, hücumu bütün dünyanın gələcəyi və İranın yaşaması naminə ləğv etməyə razılaşıb. Tramp həmçinin əlavə edib ki, İsrail də bu öhdəliyə qoşulub.
Mənbə: jnews.az
