ABŞ-ın Meyn ştatının bütün konqreqasional ravvinləri sülh çağırışı edən bəyanat imzalayaraq, ştatın siyasi liderlərindən ictimai müzakirələrdə İsrailin Qəzza sektorundakı müharibəsini təsvir etmək üçün “soyqırım” terminindən istifadəni dayandırmağı xahiş ediblər.
“Sülhə və məsuliyyətli ritorikaya çağırış” adlanan sənəd bir neçə namizədin ilk dəfə bu termini işlətdiyi Demokratlar Partiyasının praymerizindən sonra dərc olunub. Bəyanatın müəllifləri Yaxın Şərqdəki şəraitdən narazılıqlarını ifadə edib və İsrail ilə Fələstin liderlərini hər iki tərəfin uşaqları üçün dinc gələcəyin qurulması istiqamətində işləməyə çağırıblar.
“Biz Meyn ştatının liderlərini və xüsusən də onun siyasi liderlərini İsrail ilə HƏMAS arasındakı müharibəni təsvir edərkən bu termindən məsuliyyətsizcəsinə istifadə etməkdən imtina etməyə çağırıq”.
Ravvinlər iddia edirlər ki, terminin siyasi şüar kimi işlədilməsi sülhə xidmət etmir, mənəvi və hüquqi sərhədləri silir, soyqırım anlayışı əhəmiyyətini itirir və yerli yəhudi icmasına qarşı nifrəti alovlandırır.
Bəyanatın dərc olunmasının təşəbbüskarı Cənubi Meynin Yəhudi İctimai Alyansı olub.
Mənbə: jta.org
