10 Tammuz 5786 25 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət Dünya İqtisadiyyat Hadisələr Texnologiya İdman Mədəniyyət Xəbərlər
İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib: SİYAHI

İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib: SİYAHI

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Hərbçilər ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdikləri xüsusi xidmətlərə, habelə xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə mükafatlandırılıblar.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə aşağıdakı şəxslər təltif ediliblər:

Polkovnik Fərəcov Təvəkkül Seyfulla oğlu, polkovnik Məmmədov Kamil Sədiyar oğlu, kapitan Hüseynov Emil Əli oğlu.

“Vətən uğrunda” medalına layiq görülənlər:

Kontr-admiral Məmmədov Şahin Oruc oğlu, polkovnik Abdullayev Tural Zakir oğlu, 1-ci dərəcəli kapitan Məmmədov Rəşad Ramiz oğlu, polkovnik-leytenant Bəkirov Fərid Cahangir oğlu, polkovnik-leytenant Hüseynov Elşən Yaşar oğlu, polkovnik-leytenant İbrahimov Qadir Telman oğlu, mayor Məşiyev Nofəl Ərəstun oğlu, baş gizir Hacıməmmədov Şirxan Şöhrət oğlu.

“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan hərbi qulluqçular:

General-mayor Əliyev Fərid Əlibaba oğlu, polkovnik Abdullayev Xəyyam Vaqif oğlu, polkovnik Babayev Rəşad Tahir oğlu, polkovnik Cahangirov Cavanşir Əlisahib oğlu, tibb xidməti polkovniki Çobanov Roman Salman oğlu, 1-ci dərəcəli kapitan Əhmədov Fuad Məhəmmədağa oğlu, polkovnik Əsgərov Əvəz Zəbirşah oğlu, polkovnik Qənbərov Rəşad Müştaba oğlu, polkovnik Mədətov İsmayıl Səfər oğlu, polkovnik Rizvanov Səməndər Səməd oğlu, polkovnik Rüstəmov Teyfur Çərkəz oğlu, polkovnik Salayev Elçin Ələddin oğlu, polkovnik Səfərov Anar Haqverdi oğlu, polkovnik Vəliyev Gündüz İslam oğlu, polkovnik Yaqubov Oruc İmran oğlu, polkovnik-leytenant Abdinov Tacirəddin Akif oğlu, polkovnik-leytenant Baqiri Abduləli Məhəmmədəli oğlu, polkovnik-leytenant Cavadov Əsədulla Yusif oğlu, polkovnik-leytenant Kərimov İlqar Vaqif oğlu, ədliyyə polkovnik-leytenantı Qasımov Emil Xadim oğlu, polkovnik-leytenant Mehdiyev Rüstəm Süleyman oğlu, polkovnik-leytenant Məmmədov Zamir Maarif oğlu, polkovnik-leytenant Süleymanlı Elçin Səlimxan oğlu, polkovnik-leytenant Şahverdiyev Xəyyam İkram oğlu, polkovnik-leytenant Zayıdov Əziz Tahir oğlu, mayor Əməşov Rövşən Məmmədağa oğlu, mayor Hacıyev Kənan Kamil oğlu, mayor Hüseyinov Ramil İlham oğlu, mayor Hüseynov Səbuhi Volodya oğlu, ədliyyə mayoru Məmmədov Əbil Alim oğlu, kapitan Əkbərov Ceyhun İman oğlu, kapitan Kavuzov Əhməd Mutalif oğlu, kapitan Məmmədov Eldar Tapdıq oğlu.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib: SİYAHIjnews.az səsləndirməsi