Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buşvalterlə görüş keçirib.
Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, görüş Buşvalterin Bakıya səfəri çərçivəsində baş tutub.
Onun sözlərinə görə, tərəflər ötən ay Prezident İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən telefon danışığının ruhuna uyğun olaraq Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Görüş zamanı regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
