27 Av 5786 10 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Təhlil Texnologiya Podkastlar Təhsil
Azərbaycan zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib

Azərbaycan zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

Azərbaycan Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələ ilə əlaqədar Venesuelaya başsağlığı verib. Müvafiq bəyanat nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.

Venesuelada çoxsaylı insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin günlərdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Bütün zərərçəkənlərə tezliklə sağalmaq diləyirik.

Venesuelada 7,2-7,5 bal gücündə zəlzələ nəticəsində 32 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →