16 Av 5786 30 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Abşerondakı qəzada həlak olan futbolçuların kimliyi məlum olub

Abşerondakı qəzada həlak olan futbolçuların kimliyi məlum olub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Abşeron rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həlak olan şəxslərin keçmiş futbolçular və uşaq futbol məşqçiləri olduqları məlum olub.

Hadisə Lökbatan-Qobu yolunda baş verib. İlkin məlumata görə, Rauf Ədalət oğlu Hüseynovun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Toyota”nın sürücüsü Rauf Hüseynov və avtomobildə olan sərnişin Bəhruz İlham oğlu Sultanov aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. “Qazel” markalı yük avtomobilinin sürücüsü Mais Ağaverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəzada həyatını itirən Rauf Hüseynov və Bəhruz Sultanov vaxtilə “Qobu” Peşəkar Futbol Klubunun futbolçuları olublar. Daha sonra onlar Lökbatan və Qobu qəsəbələrində yeniyetmələrə futbol məşqləri keçərək məşqçi kimi fəaliyyət göstəriblər. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin başvermə səbəblərinin və bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində ibtidai istintaq davam etdirilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Abşerondakı qəzada həlak olan futbolçuların kimliyi məlum olubjnews.az səsləndirməsi