21 Av 5786 4 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Abşeron yarımadası üzərində güclü külək

Azərbaycanda güclü külək gözlənilir: Bakı və Abşeron üçün XƏBƏRDARLIQ

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

Milli Hidrometeorologiya Xidməti iyunun 20-si gündüzdən 22-dək ölkə ərazisində küləkli hava şəraitinin hökm sürəcəyini elan edib. Bu barədə xidmətdən verilən məlumatda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə sarı və narıncı səviyyəli külək xəbərdarlığı edildiyi qeyd olunur.

Sarı xəbərdarlıq Naxçıvan Muxtar Respublikası, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Hacıqabul və Samux rayonları üçün verilib. Bu ərazilərdə şərq küləyinin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə qədər çatacaq.

Narıncı xəbərdarlıq isə daha güclü külək gözləntisi ilə bağlıdır və Bakı, Abşeron yarımadası, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Daşkəsən kimi əraziləri əhatə edir. Bu bölgələrdə şimal-qərb küləyinin sürəti 20.8 m/san-dən 28.4 m/san-ə qədər güclənəcək.

PaylaşFacebookTelegramWhatsApp
Oral Ziyaddin oghlu Aliyev

Editor-in-Chief of jnews.az. Journalist and editor covering Azerbaijan, Israel and the Jewish community.

Müəllifdən daha çox →