21 Av 5786 4 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Diplomatik xidmətin başa çatması və vərəsələrə verilən müavinət qaydası dəyişdirildi

Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərmana əsasən, diplomatik xidmət orqanlarında çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. Bu dəyişikliklər "Diplomatik xidmət haqqında" qanuna əlavə edilən 30.1.14-cü maddədə öz əksini tapıb.

Yeni müddəaya görə, diplomatik xidmət əməkdaşının xidmətinə üç əsas halda xitam veriləcək:

  • Vəfat etdikdə;
  • Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş elan edildikdə;
  • Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edildikdə.

Qeyd olunan hallarda diplomatik xidmət əməkdaşının xidmətinə xitam verildikdə, onun vərəsələrinə maddi dəstək göstəriləcək. Belə ki, vərəsələrə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcəkdir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Ziyaddin oghlu Aliyev

Editor-in-Chief of jnews.az. Journalist and editor covering Azerbaijan, Israel and the Jewish community.

Müəllifdən daha çox →