9 Av 5786 23 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Azərbaycanda mopedlərlə bağlı yeni rüsumlar təsdiqlənib

Azərbaycanda mopedlərlə bağlı yeni rüsumlar təsdiqlənib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanda mopedlərin qeydiyyatı və istismarı ilə bağlı yeni dövlət rüsumları təsdiqlənib.

Yeni qaydalara əsasən, mopedlərin dövlət qeydiyyatı, texniki baxışı, dövlət qeydiyyat nişanının alınması, eləcə də sürücülük vəsiqəsinin verilməsi və imtahanlarla bağlı ödənişlər müəyyən edilib.

Təsdiqlənən rüsumlara əsasən:

  • Mopedin dövlət qeydiyyatı – 10 manat
  • Texniki baxış – 15 manat
  • Dövlət qeydiyyat nişanı – 15 manat
  • Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi – 30 manat
  • Sürücülük vəsiqəsi üçün imtahan – 40 manat
  • Təkrar imtahan – 20 manat
  • Qeydiyyat şəhadətnaməsinin verilməsi – 30 manat

Bununla yanaşı, dövlət qeydiyyatına alınmış mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə icbari sığorta da tətbiq ediləcək.

Yeni tələblərə əsasən, mopedləri idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunacaq.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycanda mopedlərlə bağlı yeni rüsumlar təsdiqlənibjnews.az səsləndirməsi