Yenilənib: Sentyabr 10, 2026 12:51 axşam
Dünən səhər saatlarında Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, “Mert Marine Corporation” şirkətinə məxsus “TEDY” yedək gəmisi dron hücumuna məruz qalıb.
Jnews.az xəbər verir ki, hadisə zamanı gəmidə 10 nəfərdən ibarət heyət olub. Heyət üzvlərindən dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşıdır.
Qeyd olunub ki, hücumdan sonra gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb.
Bu hücumlar nəticəsində iki Azərbaycan vətəndaşı – dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar.
Digər iki azərbaycanlı dənizçinin isə yaralandıqları və Odessa şəhərində xəstəxanaya yerləşdirildikləri bildirilir. Hazırda onların müalicəsi davam edir.
Mənbə: Oxu.az

