Yenilənib: Sentyabr 9, 2026 12:02 axşam
Bu gün Bakıda Dördüncü İqlim Həftəsi (CW4) başlayıb.
Jnews.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının təşkilatçılığı və Xarici İşlər Nazirliyinin koordinasiyası ilə keçirilir.
Proqram çərçivəsində iştirakçılar iqlim təşəbbüslərinin praktiki tətbiqini, beynəlxalq əməkdaşlığın inkişafını və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsini müzakirə edirlər. Müzakirələr COP31-ə hazırlıq kontekstində aparılır.
Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və COP31-in icraçı direktoru Fatma Varank da daxil olmaqla, yüksək vəzifəli şəxslər iştirak edirlər.
