ABŞ-ın ən böyük şəhərlərindən olan Nyu-Yorkda divarlara yazılan “acgöz yəhudi ev sahibləri” ifadələri ilə antisemit ritorikanın artdığı bildirilir.
Jnews.az xəbər verir ki, “The Times of Israel”in Nyu-York müxbiri Lyuk Tress bu cür ifadələrin antisemitizmin yeni formalarından biri kimi gündəmə gəldiyini qeyd edib. Nyu-Yorkda bəzi etirazçılar və siyasətçilər şəhərdəki mənzil və daşınmaz əmlak problemlərini “sionistlər” və yəhudi mülk sahibləri ilə əlaqələndirirlər.
ABŞ-dakı yəhudi icmaları isə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün böyük vəsaitlər xərcləyirlər. Yəhudi İcmaları Federasiyalarının Şimali Amerika üzrə apardığı araşdırmaya əsasən, 2025-ci ildə ABŞ-dakı yəhudi icmalarının təhlükəsizliyinə çəkilən illik xərclər 1,05 milyard dolları ötüb. Araşdırma 4 500 sinaqoq, yəhudi icma mərkəzi, məktəb, yay düşərgəsi və qeyri-kommersiya təşkilatını əhatə edib.
Məlumatda həmçinin ABŞ-dan kənarda yəhudi mədəniyyətinə marağın artdığı qeyd olunur. Belə ki, Ukrayna vətəndaşları arasında ivritlə yanaşı, yəhudi mədəni irsinin mühüm hissəsi olan idiş dilini öyrənənlərin sayında da artım müşahidə edilir.
Mənbə: timesofisrael.com
