Yenilənib: Sentyabr 8, 2026 12:58 axşam
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökuməti Folklend adaları üzərində Argentinanın suverenliyini rəsmən tanımağa çağırıb.
Jnews.az xəbər verir ki, Ben-Qvir sosial şəbəkədə yayımladığı bəyanatda adaları Argentina ərazisi hesab etdiyini bildirib.
Nazir həmçinin Folklend adalarını Britaniyanın işğal etdiyi Argentina ərazisi kimi qiymətləndirib və İsrail hökumətini bu mövqeyi rəsmən tanımağa çağırıb.
Qeyd edək ki, Argentinada bu adalar Malvin adaları adlandırılır.
