Yenilənib: Sentyabr 7, 2026 11:06 səhər
Böyük Britaniyanın Portsmut şəhərində yüzlərlə yerli sakin ölkənin miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirib. Etiraza İngiltərə sahillərinə kiçik qayıqla təxminən 140 miqrantın gətirilməsi səbəb olub.
Jnews.az xəbər verir ki, etirazçılar şəhərdə yolları bağlayaraq miqrantların ərazidən başqa yerə aparılmasına mane olmağa çalışıblar. Polis asayişi təmin etmək və yolların açılmasına nail olmaq üçün müdaxilə edib.
Gərginlik nəticəsində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. Hadisə yerində polis qüvvələri tərəfindən xüsusi tədbirlər görülüb və ərazidə asayişin bərpası üçün dağılışma əmri tətbiq edilib.

