22 Elul 5786 4 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Nablus şəhərində İsrail hərbçilərinin keçirdiyi əməliyyatdan görüntülər.

İsrail ordusu Nablusda 48 saatlıq antiterror əməliyyatını yekunlaşdırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail Müdafiə Ordusu (IDF) İordan çayının qərb sahilində yerləşən Nablus şəhəri və ətrafındakı ərazilərdə 48 saat davam edən antiterror əməliyyatını başa çatdırıb.

Jnews.az xəbər verir ki, əməliyyat zamanı silah istehsalında istifadə olunan 30-dan çox dəzgah sökülüb. Həmçinin odlu silahlar, tapançalar və sursat müsadirə edilib.

Əməliyyat çərçivəsində yüzlərlə obyektə baxış keçirilib, onlarla şübhəli şəxs dindirilib və axtarışda olan 10-dan çox şəxs saxlanılıb.

İsrail ordusunun bildirdiyinə görə, əməliyyat Nablus şəhəri və ətrafındakı ərazilərdə keçirilib. SAXAL İordan çayının qərb sahilində terror fəaliyyətinin qarşısını almaq məqsədilə əməliyyatları davam etdirəcəyini bildirib.

Ordunun açıqlamasında qeyd olunub ki, bu fəaliyyətlərin məqsədi bölgə sakinlərinin və İsrailin mülki əhalisinin təhlükəsizliyini təmin etməkdir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail ordusu Nablusda 48 saatlıq antiterror əməliyyatını yekunlaşdırıbjnews.az səsləndirməsi