21 Elul 5786 3 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailin müdafiə naziri İsrael Kats tədbirdə çıxış edir.

İsrael Kats: İran İsrailə hücum edərsə, onları daş dövrünə qaytaracağıq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 3, 2026 4:21 axşam

İsrailin müdafiə naziri İsrael Kats İran rəhbərliyinin ölkə daxilindəki ağır vəziyyət fonunda diqqəti yayındırmaq məqsədilə İsrailə birbaşa hücuma qərar verə biləcəyini bildirib.

Jnews.az xəbər verir ki, Kats bu barədə İsrail Müdafiə Nazirliyinin xüsusi tədbirində çıxışı zamanı danışıb.

Nazirin sözlərinə görə, Tehrandakı rejim nümayəndələri ağır iqtisadi vəziyyət və mümkün xalq üsyanı ilə bağlı ciddi təhlükə hiss edirlər. O bildirib ki, İrana qarşı artan iqtisadi təzyiq və hakimiyyətin devrilməsi qorxusu ölkə rəhbərliyini “ümidsiz addımlar” atmağa sövq edə bilər.

“Gördüyümüz bəzi əlamətlər göstərir ki, İranın üzləşdiyi ağır iqtisadi təzyiq, eləcə də üsyan və rejimin süqutu qorxusu onları ümidsiz addımlara sövq edə bilər”, – deyə Kats bildirib.

İsrailin müdafiə naziri Tehrana belə bir addımdan çəkinməsi barədə xəbərdarlıq edib. O bildirib ki, İranın İsrailə hücumu halında cavab zərbələri endirərkən heç bir məhdudiyyətlə kifayətlənməyəcəklər.

Katsın sözlərinə görə, belə bir ssenari baş verərsə, İsrail İranın enerji sektoru da daxil olmaqla hərbi və mülki infrastrukturunu sıradan çıxaracaq. Nazir bunu İranı “dərin şəkildə daş dövrünə və qaranlığa qaytarmaq” kimi xarakterizə edib.

Kats həmçinin bildirib ki, İran rəhbərliyi mümkün nəticələrin fərqindədir. O, İsrailin əvvəlki əməliyyatlarını xatırladaraq həmin zərbələr nəticəsində İranın nüvə proqramına zərər dəydiyini və strateji imkanlarının zəiflədiyini iddia edib. Nazir həmçinin Ayətullah Əli Xameneinin öldürüldüyü əməliyyatı da xatırladıb.

Bununla belə, Kats hesab edir ki, ölkə daxilində artan təzyiq fonunda Tehranın hesablamaları istənilən vaxt dəyişə bilər. Onun sözlərinə görə, rejimin mövcudluğuna yönələn təhdidlərin artması İran rəhbərliyini bütün riskləri nəzərə alaraq daha sərt addımlar atmağa vadar edəcək.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrael Kats: İran İsrailə hücum edərsə, onları daş dövrünə qaytaracağıqjnews.az səsləndirməsi