İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında İsrail qüvvələrinin əraziyə nəzarət etdiyini və HƏMAS-ın tərksilah edilməsinə qədər əməliyyatların davam etdiriləcəyini bildirib.
Jnews.az xəbər verir ki, Netanyahu çıxışında Qəzzada olduğunu qeyd edərək keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotunərazidən çıxmaqla bağlı mövqeyini qəbul etmədiyini deyib.
“Mən burada, Qəzza zolağındayam. Eyzenkot bizim təslim olmağımızı və buradan çıxmağımızı istəyirdi. Yaxşı ki, ona qulaq asmadım. Bu gün biz əraziyə nəzarət edirik və bu xəttdə qalırıq. Hələ tamamlamalı olduğumuz işlər var və onları başa çatdıracağıq – HƏMAS-ın tərksilah edilməsinə və Qəzzanın demilitarizasiyasına qədər. Qəzza artıq təhdid yaratmayacaq”, – Netanyahu bildirib.
