Yenilənib: Sentyabr 2, 2026 10:31 səhər
Ötən gecə “Hizbullah” Livanın cənubundakı Əli əl-Tahar silsiləsi ərazisində İsrail hərbçilərinə doğru partlayıcı maddə ilə təchiz edilmiş iki pilotsuz uçuş aparatı (PUA) göndərib. İsrail ordusunun məlumatına görə, dronlardan biri vurularaq zərərsizləşdirilib, hərbçilər arasında xəsarət alanların olmadığı bildirilib.
Jnews.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri hücuma cavab olaraq Livanın cənubundakı Natabiyada “Hizbullah”a məxsus hərbi infrastruktura hava zərbələri endirib.
Vurulan obyektlər İsrail vətəndaşlarına və hərbçilərinə qarşı təhlükəsizlik zonasında terror aktlarının planlaşdırılması və həyata keçirilməsinin təşkilində istifadə olunub.
Ordudan bildirilib ki, zərbələr İsrail hərbçiləri və vətəndaşları üçün yaranmış birbaşa təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirilib.
