İsrail və Yunanıstan arasında dəyəri 3,1 milyard avrodan çox olan böyük müdafiə sazişi imzalanıb.
Jnews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Saziş çərçivəsində İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı çoxpilləli müdafiə sistemi yaradacaq. Layihəyə İsrail istehsalı olan bir neçə müdafiə sistemi daxil ediləcək.
Bunların arasında “Rafael” şirkətinin istehsal etdiyi “Davidin Sapandı” və “Spyder” sistemləri, eləcə də “Israel Aerospace Industries” (IAI) şirkətinin istehsal etdiyi BARAK MX sistemi yer alacaq.
“Axilles qalxanı” layihəsi
Yunanıstanda “Axilles qalxanı” adı ilə tanınan proqram ölkənin tarixində ən böyük müdafiə layihələrindən biri hesab olunur.
Layihə İsrail Müdafiə Nazirliyinin müxtəlif təhdidlərə qarşı kompleks müdafiə sistemini başqa ölkəyə təqdim etdiyi ilk proqram kimi qiymətləndirilir.
Sistemlərin Yunanıstanda yaradılması və istifadəyə verilməsi ölkənin müxtəlif hava və digər təhlükələrə qarşı müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.
