Yenilənib: Avqust 31, 2026 1:41 axşam
Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
Jnews.az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirləri çərçivəsində baş tutur.
İlham Əliyev Bişkekə işgüzar səfərə gəlib
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etməkdir.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
Dövlət başçısının qarşılanması mərasimi üçün hava limanında fəxri qarovul dəstəsi düzülüb.





