18 Elul 5786 31 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Tramp: İranla müharibədə qələbədən sonra neft kəskin ucuzlaşacaq

Tramp: İranla müharibədə qələbədən sonra neft kəskin ucuzlaşacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 31, 2026 11:37 səhər

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə qələbədən sonra neftin qiymətinin kəskin ucuzlaşacağını bildirib.

Jnews.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ artıq Hörmüz boğazına demək olar ki, tam nəzarət edir.

İranla bağlı danışan ABŞ Prezidenti bildirib ki, bu ölkənin nüvə silahına sahib olması halında İsrailin mövcudluğunun təhlükə altına düşə bilər.

“Bunlar çox qəddar və pis insanlardır. Əgər onların nüvə silahı olsaydı, İsrail mövcud olmazdı. Əgər mən prezident olmasaydım, İsrail mövcud olmazdı”, – deyə Tramp bildirib.

Tramp Kanadanın ABŞ tərəfindən maliyyələşdirilməsini də şübhə altına alıb.

“Kanada özünü ABŞ ştatı hesab edir. Amma onlar bizim ştat deyil. Biz Kanadanı niyə maliyyələşdirməliyik?!” – deyə ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin NATO və Cənubi Koreya ilə münasibətləri yenidən tənqid edib. Onun sözlərinə görə, ABŞ digər ölkələrə milyardlarla dollar yardım göstərir, lakin Vaşinqtona yardım lazım olduqda müttəfiqləri buna cavab verməyib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Tramp: İranla müharibədə qələbədən sonra neft kəskin ucuzlaşacaqjnews.az səsləndirməsi