Bu gün səhər saat 07:00 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Jnews.az xəbər verir ki, iki “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri ağır bədən xəsarətləri alıb.
46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: news.day.az
