14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İlham Əliyev və Maya Sandu rəsmi görüşdə

İlham Əliyev moldovalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 27, 2026 12:23 axşam

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Prezident Maya Sanduya təbrik məktubu göndərib.

Jnews.az xəbər verir ki, dövlət başçısı məktubunda öz adından və Azərbaycan xalqının adından Maya Sandunu və Moldova xalqını təbrik edib.

İlham Əliyev Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf dinamikasından məmnunluğunu ifadə edib.

Prezident iki ölkə xalqlarını birləşdirən dostluq əlaqələrinə əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.

İlham Əliyev məktubunun sonunda Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Moldova xalqına isə sülh və rifah arzulayıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İlham Əliyev moldovalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edibjnews.az səsləndirməsi