13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bilgəh İncəsənət Məktəbinin yeni binasının görünüşü

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 26, 2026 4:48 axşam

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.

Jnews.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.

Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.

Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edibjnews.az səsləndirməsi