12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib: II Fəxri xiyabanda dəfn olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub.

Jnews.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun həmkarları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bundan əvvəl Təzəpir məscidində Tofiq Bakıxanovla vida mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimə əklillər göndəriblər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Tofiq Bakıxanovun vəfatını Azərbaycan və dünya mədəniyyəti üçün ağır itki adlandırıb.

Nazir bildirib ki, bəstəkar öz yaradıcılığı ilə bütöv bir məktəb formalaşdırıb:

“O, bütöv bir məktəb formalaşdırıb. Onun çoxşaxəli fəaliyyəti və yetişdirdiyi tələbələr yaşamaqda davam edir. Onun hər bir əsərində Vətənə və xalqa olan sevgi hiss olunur”, – deyə nazir bildirib.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov isə vurğulayıb ki, Tofiq Bakıxanov Azərbaycan mədəniyyətində təkrarı çətin olan böyük bir dövrün nümayəndəsi idi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli qeyd edib ki, Tofiq Bakıxanov Bakıxanovlar nəslinin zəngin irsinin qorunması və inkişafı missiyasını layiqincə davam etdirib, həmçinin AMEA ilə sıx yaradıcılıq və dostluq əlaqələri saxlayıb.

Mərhumun oğlu Vahid Bakıxanov atasının ömrünün son günlərinədək yaradıcılığına və işinə sadiq qaldığını bildirib. Onun sözlərinə görə, Tofiq Bakıxanov öz əsərlərinin və əlyazmalarının kitabxana fondlarında qorunub saxlanılmasına xüsusi diqqət yetirirdi.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Tofiq Bakıxanov avqustun 23-də, 96 yaşında vəfat edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib: II Fəxri xiyabanda dəfn olunubjnews.az səsləndirməsi