Yenilənib: Avqust 25, 2026 12:55 axşam
Günəşin mərkəzi hissəsində yerləşən nəhəng 4513 nömrəli günəş ləkəsində M sinfinə aid üç güclü alışma qeydə alınıb.
Jnews.az xəbər verir ki, kosmik hava müşahidələrinin məlumatına əsasən, Günəşdə aktivliyin artması fonunda son aylarda Yerə təsir göstərə biləcək geomaqnit qasırğaları və plazma axınları riski yüksəlib.
Alimlər Günəşdə baş verən alışmaların koronal kütlə atılması ilə müşayiət olunacağı təqdirdə, Yerə çataraq geomaqnit aktivliyə səbəb ola biləcəyini bildirirlər. Lakin hazırda bu hadisələrin birbaşa Yerə yönəlmiş koronal kütlə atılması ilə müşayiət olunub-olunmadığı barədə əlavə dəqiqləşdirmə aparılır.
