12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Si Tsinpin və İordaniya kralı II Abdullah Pekindəki rəsmi görüş zamanı

Çin lideri İsraili və Fələstini sülh danışıqlarının bərpasına çağırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 25, 2026 11:10 səhər

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Pekində İordaniya kralı II Abdullah ilə görüşüb.

Jnews.az xəbər verir ki, tərəflər görüş zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Si Cinpin Fələstin məsələsinin Yaxın Şərq probleminin mərkəzində dayandığını vurğulayıb.

Çin lideri bildirib ki, Fələstin məsələsinin həlli siyasi yollarla aparılmalı, iki dövlətli həll əsas istiqamət kimi qəbul edilməlidir. O, Fələstin və İsrail arasında sülh danışıqlarının bərpasına və müstəqil Fələstin dövlətinin tezliklə yaradılmasına çağırıb.

Si Cinpin həmçinin Fələstinin fələstinlilər tərəfindən idarə olunması prinsipinin qorunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu prinsip İordan çayının qərb sahilinin idarə olunması və Qəzzanın müharibədən sonrakı bərpası prosesində də nəzərə alınmalıdır.

Çin rəhbəri beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, humanitar yardımın çatdırılması və humanitar fəlakətin qarşısının alınması üçün məsuliyyətli davranmağa çağırıb.

Si Cinpin bildirib ki, beynəlxalq hüquqa əsaslanan ədalətli və uzunmüddətli həllə nail olmaq üçün həm mövcud problemləri, həm də onların əsas səbəblərini aradan qaldırmaq lazımdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Çin lideri İsraili və Fələstini sülh danışıqlarının bərpasına çağırıbjnews.az səsləndirməsi