11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Netanyahu Qəzzadan gələn təhlükəyə qarşı göstəriş verdi: Sərt tədbirlər görüləcək

Netanyahu Qəzzadan gələn təhlükəyə qarşı göstəriş verdi: Sərt tədbirlər görüləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats Qəzza zolağından sərhədyanı yaşayış məntəqələri istiqamətində yandırıcı materiallarla təchiz edilmiş çərpələng və şarların buraxılmasına qarşı “sıfır dözümlülük” siyasətinin tətbiq edilməsi barədə göstəriş veriblər.

Jnews.az xəbər verir ki, İsrael Kats bu cür insidentlərə sərt cavab veriləcəyini bildirib. Onun sözlərinə görə, çərpələng və şarların üzərində partlayıcı maddənin olub-olmamasından asılı olmayaraq, onların buraxılması pilotsuz uçuş aparatlarının istifadəsi ilə eyni qiymətləndiriləcək.

“Buraxılışlar davam edərsə, bu təhdidə son qoymaq üçün güclü tədbirlər görüləcək. Hava şarı və çərpələng partlayıcı maddə ilə və ya onsuz olmasından asılı olmayaraq drona bərabər tutulacaq”, – Kats bildirib.

İsrail rəhbərliyi ölkənin sərhədyanı ərazilərində təhlükəsizlik rejiminin pozulmasına və 7 oktyabr 2023-cü ildən əvvəl mövcud olan vəziyyətə qayıdılmasına yol verilməyəcəyini vurğulayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksək rütbəli hərbçilərin iştirakı ilə keçirilən iclasda dəqiq zərbələrin genişləndirilməsi, çərpələng və şarların buraxılması üçün istifadə olunan ərazilərdə yaşayan sakinlərin təxliyə edilməsi imkanları müzakirə olunub.

İsrail hərbçiləri son günlər bu cür obyektlərin ölkə sərhədini keçməsi ilə bağlı bir neçə hal qeydə alındığını bildiriblər. Əvvəllər aşkarlanan bəzi aparatların üzərində şübhəli əşyalar aşkar edilməsə də, Qəzza zolağındakı silahlı qruplar İsrail ərazisində yanğınlar törətmək və zərər vurmaq məqsədilə bu vasitələrdən dəfələrlə istifadə ediblər.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Netanyahu Qəzzadan gələn təhlükəyə qarşı göstəriş verdi: Sərt tədbirlər görüləcəkjnews.az səsləndirməsi